Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
22 İYUL - MİLLİ MƏTBUAT GÜNÜDÜR

0

  • "Jurnalistlərin əməyi qeyri-adi əməkdir, olduqca böyük zəhmətli
    əməkdir, çox şeylərin göstərilməsi, hətta cəsurluq, hünər, fədakarlıq tələb
    edən əməkdir, öz peşəsinə vurğunluq tələb edən sənətdir.

    Ümummilli lider Heydər ƏLİYEV

            Azərbaycan ictimai fikir tarixində mühüm hadisə kimi milli mətbuatımızın
    yaranmasından 139 il keçir. Böyük mütəfəkkir, ziyalı Həsən bəy Zərdabinin
    təşəbbüsü ilə nəşrə başlayan "Əkinçi" qəzeti milli mədəniyyətimizdə
    önəmli yerlərdən birini tutdu, milli mətbuatımızın təməli qoyuldu.
    "Əkinçi" qəzeti uzun və şərəfli bir yol keçmişdir. Bu qəzet təkcə
    Azərbaycan milli mətbuatının yaranma tarixi deyil, milli şüurumuzun
    oyanmasının, azadlıq mücadiləmizin, mədəniyyətin, milli əqidənin oyanışının,
    nadanlıq və cəhalətə qarşı mübarizə beşiyi başında şanlı tariximizdir.
    Keçmişimizin şanlı ənənələrini yaşadan "Əkinçi" qəzetinin tarixi
    əhəmiyyətini layiqincə qiymətləndirmək lazımdır. O zaman Azərbaycan dilində
    kitab və qəzet nəşr etmək çox çətin bir məsələ idi. "Əkinçi"
    iqtisadiyyatda, ictimai münasibətlərdə, maarif, mədəniyyət, ədəbiyyat,
    ümumiyyətlə həyatımızın bütün sahələrində yeniləşmənin və tənzimlənmənin
    tərəfdarı olmuşdur. "Əkinçi" qəzetinin tarixi ənənələrini yaşatmaq
    yolunda son illərdə Azərbaycan hökumətinin apardığı işlər təqdirə layiqdir.

    Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə əsasən hər
    kəsin fikir və söz azadlığı vardır. Konstitusiyanın 50-ci maddəsinə əsasən isə
    hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək,
    hazırlamaq və yaymaq hüququ vardır. Beləliklə də Kütləvi İnformasiya
    Vasitələrinə tam azadlıq verilmişdir. Müstəqil mətbuatın sərbəst fəaliyyəti və
    curnalistlərin təhlükəsizliyinin təmin olunması, maddi-texniki təchizatın daha
    da möhkəmlənməsi naminə "Kütləvi İnformasiya Vasitələri haqqında",
    "Dövlət sirri haqqında", "İnformasiya, informasiyalaşdırma və
    informasiyanın mühafizəsi haqqında", "Müəlliflik hüququ və əlaqəli hüquqlar
    haqqında", "Teleradio yayımı haqqında", "Azərbaycan Respublikasında
    söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində  əlavə 
    tədbiriər  haqqında"
    qanunlar, Azərbaycan Respublikasının Prezidenti, ümummilli liderimiz mərhum
    Heydər Əliyevin verdiyi Fərman və digər Sərəncamlar ictimaiyyət tərəfindən
    rəğbətlə qarşılanmışdır.

    Ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı, siyasi kursunu
    dönmədən irəliyə doğru aparan möhtərəm Prezidentimiz İlham Əliyev də mətbuatın cəmiyyətimizdə
    oynadığı əsaslı rolu qiymətləndirir, jurnalist əməyinə yüksək qiymət verir.

    «Xocalının səsi» qəzeti respublikamızda baş verən siyasi hadisələrə də
    həmişə öz münasibətini bildirmiş, 2002-ci ildə keçirilən referendum, Prezident
    seçkiləri, Ümummilli liderimiz Heydər Əliyevin vəfatı münasibətilə xüsusi
    buraxılışlarını nəşr etmişdir. Xocalı faciəsinin ildönümləri münasibəti ilə hər
    il nəşr olunaraq respublika səviyyəsində pulsuz yayımlanır.


    «Xocalının səsi»
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi10 il öncə
    İzlənib45 dəfə
    22 İyul mİllİ mƏtbuat gÜnÜdÜr

    Maraqlı gələ bilər
    0
    57
    7
    49
    80
    18